30 Mart 2023 11:17
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın baş qərargah rəisi, general Mark Milli Amerika hərbi qüvvələrinin Suriyadan çıxarılması ilə bağlı Nümayəndələr Palatasına təqdim edilən qanun layihəsinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, general bu məsələdə son sözü Amerika xalqının deyəcəyini söyləyib.

“Bu müzakirələrin təşəbbüskarı olan komitə üzvlərini alqışlayıram. Bunun dəyərli olduğunu düşünürəm. Əgər həyatımızı riskə atırıqsa, Amerika xalqının arxamızda olduğunu bilmək istəyirik. Yəni Amerika xalqının dəstəyi yoxdursa, biz də orada olmamalıyıq. Məsələ bu qədər sadədir. Ona görə də bu səyi alqışlayıram”, – Milli deyib.

Nümayəndələr Palatasının üzvü, respublikaçı Mett Qetz tərəfindən təqdim edilən və Prezident Co Baydenə bütün Amerika qoşunlarını Suriyadan çıxarmağa çağıran qanun layihəsi 103-ə qarşı 321 səslə rədd edilmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər