Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu sərt sözlərlə tənqid edən Məmləkət partiyasının sədri, prezidentliyə namizəd Məhərrəm İncəyə təpki göstərib.
Teleqraf.com xəbər verir ki, Türkiyə lideri İncənin davranışlarının təəsssüf doğurduğunu deyib.
“Bu aralar onlara daha bir şey qatılıb. Prezidentliyə namizəd olan zat da onlara qoşuldu. O da eyni şeyi deyir. Deyir ki, Türkiyə Ərdoğandan qurtulmalıdır. Ərdoğan sənə nə edib? Təəssüf. Terror təşkilatları ilə çiyin-çiyinə olanlarla sən də çiyin-çiyinəsən. İllərlə onların yanında oldun, prezidentliyə namizəd oldun, sonra səni heç yerə qoymadılar. Görəsən burdan sənə nəsə çıxacaq, ya yox – bunu bilməyə çalışırsan. Hörmətli Kamal bəy indi onların hamısına nəsə paylayır. Bütün bunlardan sonra mənim millətim haqq-hesab çəkməyəcəkmi?”, - Ərdoğan bildirib.