30 Mart 2023 11:28
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Teleqraf.com xəbər verir ki, toplantının gündəmində bir sıra diqqətçəkən mövzular var.

Önəmli mövzuların başında seçkilərin təhlükəsiz formada keçirilməsi gəlir. Mayın 14-də keçiriləcək seçkilərlə bağlı tədbirlərin müzakirə olunacağı gözlənilir.

Digər mühüm mövzu isə terrorla mübarizədir. Ölkə daxilində və xaricdə davam edən əməliyyatlardakı son durum və bu yöndə atılacaq mümkün addımlar müzakirə ediləcək.

Regional və beynəlxalq gəlişmələr də müzakirə olunacaq mövzular sırasındadır.

Təhlükəsizlik Şurasının Yunanıstanın silahlanma fəaliyyətlərinə və Egey dənizindəki təxribatlara toxunacağı gözlənilir. Bu çərçivədə Egey, Kipr və Şərqi Aralıq dənizindəki gəlişmələr müzakirə ediləcək.

Həmçinin Şərqi Aralıq dənizində Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq hüquqdan irəli gələn hüquqlarının müdafiəsi səylərinin müzakirəsi nəzərdə tutulur.

Rusiya-Ukrayna müharibəsində Türkiyənin sülh üçün göstərdiyi səylər və daimi atəşkəs məsələsinin də gündəmdə olacağı bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər