30 Mart 2023 12:14
1 334
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail xarici işlər naziri Eli Kohen İran və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin bərpası müzakirələrinə təpki göstərib.

Teleqraf.com xəbər verir ki, İsrailin baş diplomatı İranı "xərçəng" adlandırıb.

“İran qonşularını hədələyir. Onların arasında Səudiyyə Ərəbistanı ilə yanaşı, ən yaxın qonşuları da var. Səudiyyə Ərəbistanına hücumu xatırlayırıq. İran xərçəng kimidir. İran hansı ölkəyə müdaxilə edirsə, o ölkəni məhv edir. Livanda baş verənlərə baxın. Bu, Hizbullah vasitəsilə edilir. Görün İran Suriyanı necə məhv etdi, Yəməndə, İraqda nə etdi? İran dünyada terroru maliyyələşdirən bir nömrəli ölkədir”, - nazir bildirib.

Kohen əlavə edib ki, dünyada və regionda sabitliyin təminatı İranın nüvə silahına malik olmasına imkan verməməkdir:

“Bu məqsədə nail olmaq üçün daha çox ölkənin bizə qoşulmasını səbirsizliklə gözləyirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər