30 Mart 2023 12:45
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə keçirilən parlament iclasında yeni baş nazirliyə namizədin seçilməsi müzakirə olunub.

Teleqraf.com xəbər verir ki, Tokayev çıxışında martın 19-da keçirilən parlament seçkilərində ən çox səs toplayan partiyadan namizədini irəli sürəcəyi ilə bağlı sözlərini xatırladıb.

“Bu gün Əmanət Partiyası namizəd irəli sürdü və fikir birliyi əldə etdik. Əlixan Smayılovu baş nazir kimi tövsiyə edirəm. Hesab edirəm ki, o, hökumətin qarşıya qoyduğu hədəfləri çox yaxşı bilir. Ona görə də ona etibar etmək olar”, - Tokayev bildirib.

Prezidentin Tokayevin çıxışından sonra 97 deputatdan 82-si Smayılovun namizədliyini dəstəkləyib.

Nəticələr məlum olduqdan sonra Tokayev Smayılovun yenidən baş nazir təyin edilməsi ilə bağlı fərmanı imzalayıb.

50 yaşlı siyasətçi ötən ilin yanvarında bu posta gətirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər