30 Mart 2023 23:33
1 815
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Ukraynaya qarşı müharibədə istifadə etmək üçün Moldovada rusiyayönlü qüvvələri hakimiyyətə gətirmək istəyir”.

Teleqraf.com xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu deyib.

Onun iddiasına görə, Rusiya Moldovada legitim hökuməti devirməyə çalışır və Kişinyovda bunla bağlı sübutlar var:

“Rusiya Moldovadan Ukraynaya qarşı istifadə etmək üçün Kişinyovda rusiyapərəst hökumət qurmağa çalışır, məsələn, Belarusda olduğu kimi. Kremlin Belarusda nüvə silahı yerləşdirəcəkləri ilə bağlı son bəyanatını gördünüz. Rusiya Moldova məsələsində də məhz bunu etmək istəyir”.

Sandu hesab edir ki, Rusiya Moldovada sabitliyi pozmaq cəhdlərini dayandırmayacaq. O, qeyd edib ki, ölkədə korrupsiya, xaos və korrupsioner siyasətçilərin olması Rusiyanın maraqlarına uyğundur və bu siyasətçiləri ələ alaraq ölkəmizə nəzarət etmək üçün öz maraqları naminə onlardan istifadə edə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər