30 Mart 2023 18:15
387
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Entoni Blinken aprelin 3-5-də Brüsselə səfər edəcək və burada NATO xarici işlər nazirlərinin iclasında iştirak edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Departamentinin Mətbuat Xidməti rəhbərinin birinci müavini Vedanta Patelin bəyanatında deyilir.

Blinkenin həmçinin Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel, NATO-nun Baş katibi Yens Stoltenberq və Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə də danışıqlar aparacağı gözlənilir.


Müəllif: Teleqraf.com