İsrailin xarici işlər naziri Eli Kohen bir müddət əvvəl İsraildə məhkəmə islahatlarına etiraz olaraq istefa vermək niyyətində olduğunu bildirən bu ölkənin Nyu-Yorkdakı baş konsulu Asaf Zamiri vəzifəsindən azad etdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, nazirə görə, siyasi tərəflərdən birini seçən diplomat İsrail dövlətini təmsil edə bilməz.
“O, tviterdə istefa verdiyini açıqlasa da, qeyri-müəyyən müddətə bu vəzifədə qalmaq istəyirdi. Mən onu dərhal işdən çıxarmaq qərarına gəldim”, - E.Kohen tviterdə yazıb.