ABŞ vətəndaşlarını Rusiyanı dərhal tərk etməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəhbəri Entoni Blinken çıxış edib.
“The Wall Street Journal”ın əməkdaşı, amerikalı Evan Qerşkoviçin Rusiyada həbs olunmasından danışan Blinken amerikalıları bu ölkədə qalmasının onlar üçün təhlükəli olduğunu deyib.
Martın 30-da Moskvanın Lefortovo Məhkəməsi Qerşkoviçi iki ay müddətinə həbs edib.
Kreml qeyd edib ki, Gerşkoviç cinayət başında yaxalanıb.