İraqda sutka ərzində təşkil edilən hücumlarda İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının 27 döyüşçüsü öldürülüb.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, ilk intihar hücumu paytaxt Bağdadın şimalındakı Taci rayonunda baş verib. Burada baş verən partlayışlar zamanı 21 nəfər ölüb, 63-ü isə yaralanıb.
Salahattin bölgəsinin İshakiyə nahiyəsində yaşayış evinin partladılması nəticəsində 4 dinc sakin həlak olub, 13-ü isə ağır yaralanıb.
Digər tərəfdən İŞİD terrorçuları Duluiyə bölgəsində İraq ordusundan 2 hərbçini əsir alaraq, edam edib.
Ümumilikdə aparılan əməliyyatlar zamanı 150 partlayıcı və çoxlu sayda silah-sursat zərərsizləşdirilib.
Samir