30 Dekabr 2014 10:12
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

1981-ci ildə sui-qəsd nəticəsində yaraladığı Papa II İohann Pavelin Vatikandakı məzarını ziyarət etmək üçün getdiyi İtaliyada nəzarətə alınan Mehmet Əli Ağca deportasiya edilib.

Axar.az xəbər verir ki, bu barədə “Alitalia” Hava Yollarının Roma - İstanbul səfəri çərçivəsində saat 23:00 təyyarəsi ilə İstanbula göndərilən Ağcanın vəkili Mustafa Dəmirbağ məlumat verib.

Vəkilin sözlərinə görə, Ağca İtaliya hökumətinə bu addımına görə təşəkkür edib:

“Müvəkkilim ilə az öncə danışdım. İtaliya hökumətinə qonaqpərvərliyinə görə təşəkkür etdi”.

Mehmet Əli Ağcanı gətirən təyyarə bu gecə 01:00 radələrində İstanbula enib.

Xatırladaq ki, 1981-ci ildə mayın 13-də öldürmək məqsədi ilə II İohann Pavelə bir neçə dəfə atəş açaraq onu yaralayan Ağcanın Papa Fransisk ilə görüşmək arzusunu Vatikan rədd edib.

Əslən türk olan Mehmet Əli Ağcanın bu cinayətindən sonra II İohann Pavel sonradan onun günahını bağışlayıb. Ağca radikal millətçi kimi tanınır.

Bozqurdlar arasında olub. Roma Papası 1983-cü ildə ona qəsd etmək istəyən Ağcanı Romadakı həbsxanada ziyarət edib. Həmin vaxt Mehmet Əli Ağca ömürlük həbs cəzası hökmü ilə zindanda saxlanılırdı.


Müəllif:

Oxşar xəbərlər