31 Mart 2023 11:25
1 375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus ordusu və “Vaqner” qüvvələri arasında itkilər Rusiyanın Baxmut bölgəsində və daha geniş hərbi əməliyyatlar teatrında hücum əməliyyatlarını zəiflədir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.

Amerikalı analitiklərə görə, “Vaqner”in artan itkiləri bu qrupun lideri Yevgeni Priqojinin hərbi çevrələrdəki nüfuzunu təhlükə altında qoya bilər.

Təhlilçilər “Vaqner”in Baxmut istiqamətindəki qüvvələri ilə bağlı Qərb mənbələrinin verdikləri məlumatlara diqqət çəkirlər. Məsələn, dünən ABŞ-ın baş qərargah rəisi, general Mark Milli deyib ki, “Vaqner”in Baxmutda döyüşən 6 minə yaxın təcrübəli döyüşçüsü və 30 minə qədər əsgəri var. Bura “Vaqner”in sıralarına cəlb edilmiş məhbuslar da daxildir.

ISW qeyd edir ki, Priqojin əsas qüvvələrini aylardır Baxmut uğrunda gedən döyüşlər üçün cəmləyib.

Priqojinin ordusunun Donbasdakı əməliyyatlarda 30 mindən çox döyüşçüsünün öldürüldüyü bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər