31 Mart 2023 11:02
1 571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Ann-Kler Lecendr PKK terror təşkilatının Suriya qanadı YPG və onun qadın qolu YPJ üzvlərini keçən həftə Senatda qəbul edilməsinin hökumətlə əlaqəsinin olmadığını deyib.

Teleqraf.com xəbər verir ki, Fransa rəsmisi iddiasına “Senat qərarlarını müstəqil şəkildə verir” sözünü də əlavə edib.

Eyni zamanda, Lecendr YPG-nin İŞİD-ə qarşı “qətiyyətli mübarizə” apardığnı söyləyib.

XİN sözçüsü Fransanın Avropa Birliyinin (AB) terror siyahısında yer alan PKK ilə bağlı Türkiyə ilə əməkdaşlığını davam etdirdiyini bildirib.

Lecendr PKK ilə YPG arasındakı əlaqələrin və hər iki terror təşkilatının qanlı aktlar törətdiyinin də məlum olduğu sualı ilə bağlı nazirliyin sözçüsü Parisin PKK və YPG-ni fərqli qiymətləndirdiyini və bununla bağlı başqa sözünün olmadığını deyib.

Türkiyə Xarici İşlər Nazirliyi YPG və onun qadın qolu YPJ üzvlərinin Senatda qonaq edilərək “fəxri medal”larla təltif edilməsindən sonra Fransanın Ankaradakı səfiri Herve Maqronu nazirliyə çağırmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər