31 Mart 2023 13:34
1 177
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da fəaliyyət göstərən məşhur “National Geographic” nəşrinin sosial media hesabında Türkiyəyə qarşı skandal paylaşım təpkilərə səbəb olub.

Teleqraf.com xəbər verir ki, açıq formada PKK terror təşkilatına dəstək verilən səhifədə İstanbulda yaşayan fotoqraf Ərin Triebin təşkilatın qadın yaraqlılarının çəkdiyi fotoşəkillər əks olunub.

Paylaşımda fotoqrafın bu sözlərinə də yer verilib:

“Səyahətlərim zamanı və işimi görərkən dünyanın hər yerindən inanılmaz qadınlarla tanış oldum – onlardan heç biri Suriya Qadınları Müdafiə Birliyindən - YPJ-dən daha dinamik və cəsarətli deyil”.

Ayrıca, paylaşımda qeyd edilib:

“İŞİD 2014-cü ildə İraq və Suriya ərazilərinə hücum edib ələ keçirəndə 7000 qadın könüllü PKK və daha geniş kürd müqavimət hərəkatından yaranan YPJ silahlı qruplaşmasına qatıldı”.

Terrorçu qadınların “qəhrəman” kimi göstərildiyi paylaşımda YPJ-nin qadın əsgərlərinin ailə qurmamağa və uşaq sahibi olmamağa üstünlük verdiyi vurğulanıb.

“Kürdlər arasında qadın döyüşçülərin öz həmcinsləri tərəfindən öldürüldüyü halda cənnətə düşməyəcəyinə inanılır və bunun İslam Dövləti yaraqlılarında böyük qorxu yaratdığı bildirilir”, - paylaşımda deyilir.

Bundan başqa, qeyddə ABŞ-ın Xarici Terror Təşkilatları Siyahısında yer almasına baxmayaraq, PKK-ya açıq dəstək ifadə olunub:

“YPJ-nin İslam Dövləti ilə mübarizədəki rolunu nəzərə alaraq, ABŞ da 2014-cü ildən bəri PKK-nın bacı qruplaşması YPJ-ni dəstəkləməyə və koordinasiya etməyə, onları silah, vasitə və pulla təmin etməyə davam edir”.

Trieb sosial media hesabında fotoların 2014-cü ildə Suriyanın şərqində və ya İraqda çəkildiyini deyib. 2014-cü ildə çəkilmiş fotoşəkillərin indi tirajlanması mayın 14-də keçiriləcək prezident seçkilərindən əvvəl Türkiyə əleyhinə aparılan kampaniyanın bir hissəsi kimi qiymətləndirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər