31 Mart 2023 16:44
4 313
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiyanın NATO-ya üzvlük müraciəti ilə bağlı protokolun təsdiqinə dair qanun layihəsi Türkiyə Böyük Millət Məclisində qəbul edilib.

Teleqraf.com xəbər verir ki, bu qərar həm Finlandiyada, həm də dünya mətbuatında ən çox danışılan məsələlərdən birinə çevrilib.

“CNN İnternational” Prezident Rəcəb Tayyib Ərdoğanın verdiyi sözə əməl etdiyinə diqqət çəkib və qeyd edib ki, bununla Finlandiyanın qarşısındakı son maneə aradan qaldırılıb.

“Daily Finland” qəzeti “Finlandiya NATO-ya üzv olmağa hazırdır” başlıqlı xəbərində prosesin artıq Prezident Ərdoğanın imzasına bağlı olduğunu yazlb.

Finlandiyanın “İltalehti” qəzeti səsvermədə iştirak edən 276 deputatın hamısının Finlandiyanın lehinə səs verdiyinə diqqət çəkib.

Finlandiyanın üzvlük prosesi ilə bağlı atılan addım İsveç mətbuatında da geniş işıqlandırılıb.

“Aftonbladet” qəzeti “Türkiyə Finlandiyanın NATO üzvlüyünə “hə” dedi” başlıqlı xəbərində qeyd bildirir:

“30 NATO ölkəsinin hamısı “yaşıl işıq” yandırdı, Finlandiyanın müdafiə alyansına üzv olması üçün yalnız formal məsələlər qalıb. Biz isə hələ də nə Macarıstandan, nə də Türkiyədən razılıq almışıq. Qərarın nə vaxt veriləcəyi ilə bağlı heç bir tarix müəyyən edilməyib. İsveç hələ də gözləyir və qapını döyür”.

“Expressen” də Finlandiyanın NATO üzvlüyünə “yaşıl işıq” yandırıldığını, “Sydsvenskan” isə İsveçin hələ də gözlədiyini yazıb.


Müəllif: Mənsur Rəğbətoğlu