30 Dekabr 2014 10:52
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Petro Poroşenko rusiyalı həmkarı Vladimir Putin ilə 2015-ci ilin yanvarın 15-də görüşəcək.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, görüşlə bağlı məlumatı Poroşenko keçirdiyi mətbuat konfransında səsləndirib. Onun sözlərinə görə, Qazaxıstanın paytaxtı Astanada keçiriləcək görüşdə Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland da iştirak edəcək.

Poroşenko Ukraynanın şərqindəki zorakılıq barədə müzakirələrə ABŞ prezidenti Barak Obamanın da qatılacağının mümkün olduğunu bildirib.

Samir


Müəllif:

Oxşar xəbərlər