1 Aprel 2023 08:00
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Arkanzas ştatında baş verən tornado nəticəsində iki nəfər həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə ştatın qubernatoru Sara Sanders axşam brifinqi zamanı deyib.

"ABC" televiziya şirkəti bildirib ki, əhəmiyyətli dağıntılarla müşahidə olunan təbii fəlakət dövlətin mərkəzi hissəsinə təsir göstərib. Pulaski dairəsində 50-dən çox insan xəstəxanaya yerləşdirilib.


Müəllif: Teleqraf.com