1 Aprel 2023 20:28
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Milli Müdafiə Nazirliyi Danimarkada müqəddəs Qurana və Türkiyə bayrağına qarşı törədilən təxribatı pisləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Nazirliyin açıqlamasında deyilir.

Nazirlik NATO üzvü olan Danimarkanı "ümumbəşəri dəyərləri təhdid edən və terrorizmin növbəti təzahürü olan islamofobiya təzahürlərinə qarşı məsuliyyətsiz münasibətindən dərhal əl çəkməyə" çağırıb.

Ankara Türkiyə səfirliyinin yaxınlığında Türkiyə bayrağına və 1,5 milyarddan çox dünya müsəlmanları üçün müqəddəs olan Qurana qarşı törədilmiş növbəti çirkin təxribata diqqət çəkib. "Türkiyə tərəfinin bütün xəbərdarlıqlarına baxmayaraq, Danimarka hakimiyyətinin nifrət cinayətinə məhəl qoymamağı, bunu demokratiya və ifadə azadlığının təzahürü kimi təqdim etməsi xüsusi narahatlıq doğurur", - deyə açıqmlamada bildirilir.

Müdafiə Nazirliyi bu cür düşmən düşüncə və hərəkətlərin Avropada demokratik dəyərlər, tolerantlıq və dinc yanaşı yaşama mədəniyyətini məhv etdiyini vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər