Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan aprelin sabah Rumıniyada işgüzar səfərdə olacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Mirzoyan ikigünlük səfəri çərçivəsində rumıniyalə həmkarı Boqdan Auresku ilə görüşəcək, bundan sonra nazirlər birgə mətbuat konfransı keçirəcəklər.
Tərəflər Ermənistan və Rumıniya arasında ikitərəfli əməkdaşlığı, Ermənistan-Aİ tərəfdaşlığını, Cənubi Qafqazı, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edəcək.