Sankt-Peterburqda kafedə baş verən partlayış nəticəsində 32 nəfər xəsarət alıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib.
"Operativ məlumatlara görə, Sankt-Peterburqda kafedəki insident nəticəsində 32 nəfər xəsarət alıb, bir nəfər həlak olub", - məlumatda deyilir.
"Xəsarət alan 10 nəfərin vəziyyəti ağır qiymətləndirilir, 16 nəfər, o cümlədən 14 yaşlı qız orta ağır vəziyyətdədir, 5 nəfərin vəziyyəti qənaətbəxşdir. Onlara stasionar şəraitdə lazımı bütün yardım göstərilir", - nazirlikdən deyiblər.
Daha bir nəfər xəsarət alanın xəstəxanaya yerləşdirilməkdən imtina etdiyi əlavə olunub, ona ambulator yardım göstərilib.