Türkiyədə siyasi partiyalar seçki işlərini davam etdirərkən, ictimai rəyi araşdıran şirkətlər yekun səs nisbətlərini açıqlayırlar.
Teleqraf.com xəbər verir ki, GENAR sorğu şirkətinin sədri İhsan Aktaş açıqlamasında hakim partiyanın (AKP) sorğularda birinci olduğunu deyərək, “Altılıq Masası”nın HDP ilə bağlı diqqətdən qaçan detallara toxunub.
Aktaş HDP-nin səslərinin bir hissəsinin “Masa”ya yox, Cümhur İttifaqına (AKP-MHP) gedəcəyini iddia edib.
GENAR rəhbəri küləyin hələ də Cümhur İttifaqından yana əsdiyini və müxalifətə bağlı araşdırma şirkətlərinin sorğularının həqiqəti əks etdirmədiyini söyləyib. Aktaş Millət İttifaqının 60, Cümhur İttifaqının isə 40 faiz səs toplayacağı iddialarının da real olmadığını deyib.
Aktaş 11-dən 7 faizə enən İYİ Partiyanın aprel ərzində 7-dən aşağı düşə biləcəyini qeyd edib.
CHP sədri və altı masalı prezidentliyə namizəd Kamal Kılıçdaroğlunun HDP-yə son səfərindən sonra HDP həmsədrləri Türkiyədə keçiriləcək ümumi seçkilərdə namizəd göstərməyəcəklərini açıqlayıblar. Bu inkişafla altı masa ilə HDP arasındakı gizli ittifaq üzə çıxdı.
İhsan Aktaş HDP-nin bütün seçicilərinin Millət İttifaqına səs verməyəcəyini də deyib:
“Partiyalar bütün seçicilərini mənsub olduqları qruplara cəlb edə bilməzlər. Deməli, 1-2 faizlik nisbət həmişə kənara gedir. AKP bu fürsəti düzgün oxusa, HDP-nin auditoriyasından 1-2 faiz səs toplaya bilər”.
Məmləkət Partiyasının xüsusilə qərarsız və gənc seçicilər üzərində təsirli olduğunu söyləyən Aktaş Məhərrəm İncənin mayın 14-də Maral Akşənəri keçəcəcəyini vurğulayıb:
“Məsələn, Məhərrəm İncə namizəd olmasaydı, onun səs potensialının bir hissəsi seçkiyə getməzdi, bir hissəsi də cənab Rəcəb Tayyib Ərdoğana səs verərdi. Amma deyə bilərik ki, o, namizəd olmaq hüququna malik olduğu üçün seçkiyə getmək istəməyən gəncləri özünə çəkir. Bu, Millət İttifaqının səslərinə təsir edəcək. Məhərrəm İncənin varlığı onlar üçün böyük təhlükədir. İncə həm də Akşənərin partiyasını ötmək potensialına malikdir. İncənin seçkilərdə Akşənəri keçəcəyini düşünürəm”.
GENAR-ın son sorğusu ilə bağlı durum belədir:
AKP – 40.7 faiz
CHP – 23.1 faiz
HDP -10,8 faiz
MHP -7.6 faiz
İYİ Partiya – 7 faiz
Məmləkət Partiyası – 4.7 faiz
Türkiyə İşçi Partiyası (TİP) – 1.9 faiz
Yenidən Rifah Partiyası -- 1.4 faiz
Digərləri - 2.8 faiz