3 Aprel 2023 16:01
4 867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin ASELSAN müdafiə şirkətinin hazırladığı “Nöqtə” (“Nokta”) hava hücumundan müdafiə (HHMS) sisteminin görüntüləri ilk dəfə sosial mediada paylaşılıb.

Teleqraf.com xəbər verir ki, sistem həm hava hücumundan müdafiə raketləri, həm də hava hücumundan müdafiə artilleriyası komponentlərindən ibarətdir.

HHMS-də görülən raketlər TÜBİTAK-SAGE tərəfindən hazırlanmış “Gökdoğan” hava tipli raketin (BVRAAM) quru versiyasıdır. Digər tərəfdən, sistemə “Göker” 35 mm-lik çoxfunksiyalı sistem də daxil edilib.

“Nöqtə” HHMS-ə ASELSAN tərəfindən hazırlanmış 80 km mənzilli AKR atəş nəzarət radarı da daxildir. Bundan əlavə, sistemin daşıyıcı elementi olan nəqliyyat vasitəsinin ətrafında hədəfi aşkar etmək üçün AESA radarları var.

Sistemin “Gökdoğan” raketləri ilə hava vasitələrinə qarşı maksimum 30-40 kilometr təsirli mənzilə sahib olması gözlənilir. Sistem arsenalında olan hava hücumundan müdafiə artilleriyası sayəsində alçaq hündürlükdəki hava hədəflərini də vura biləcək.

Mütəxəssislərə görə, Türkiyə bununla Rusiyanın “Pantsir” hava hücumundan müdafiə sisteminə bənzər bir sistem hazırlamış olacaq. Ancaq “Nöqtə”nin həm arsenalındakı radar sistemləri, həm də “Gökdoğan” raketi sayəsində daha təsiredici olacağını indidən söyləmək olar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər