4 Aprel 2023 10:30
1 539
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaqner” qrupunun muzdluları Baxmut administrasiyasının binasını ələ keçirə biliblər, Rusiya hərbçiləri şəhərin mərkəzinə doğru irəliləyirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Amerikalı analitiklər şəhər administrasiyasının dağıdılmış binasının üzərində Rusiya bayrağının əks olunduğu videogörüntülərin real olduğunu və “Vaqner”in bu binanı ələ keçirə bildiyini təsdiqləyiblər.

ISW qeyd edir ki, muzdlular indi şəhərin mərkəzinə nəzarəti gücləndirməyə və buradan qərbə doğru irəliləməyə çalışacaqlar.

Bundan əlavə, məlumatına görə, rus ordusu da şəhərin mərkəzinə doğru irəliləməyə davam edir.

Ukrayna Silahlı Qüvvələri təsdiqləyib ki, Rusiya Hərbi Hava Qüvvələri də daxil olmaqla nizami qoşunlar “Vaqner”lə birlikdə getdikcə Baxmutda fəallaşır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər