Kremlin Ukraynaya qarşı müharibədə Yevgeni Priqojinin “Vaqner” qrupunu əvəz etmək üçün alternativ özəl hərbi şirkətlərə sponsorluq etmək və inkişaf etdirmək istədiyi güman edilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında deyilir.
Kəşfiyyatın iddiasına görə, bu, Rusiya Müdafiə Nazirliyi ilə “Vaqner” arasında düşmənçilik fonunda baş verir.
“Rusiya hərbi rəhbərliyi çox güman ki, “Vaqner” qrupunu əvəz etmək istəyəcək, onun üzərində daha çox nəzarət olacaq”, - məlumatda bildirilir.
Eyni zamanda vurğulanır ki, Rusiyanın heç bir raketi və canlı qüvvəsi hazırda “Vaqner” qədər döyüşkən deyil:
“Rusiya yəqin ki, hələ də Ukraynadakı özəl hərbi şirkətlərin faydalı olduğuna inanır, çünki onlar maaşla maraqlanmırlar, nizami ordudan daha effektlidirlər”.
Həmçinin Rusiya rəhbərliyi hesab edir ki, özəl hərbi şirkətlərin muzdluları arasında böyük itkilər Rusiya cəmiyyəti üçün nizami ordunun əsgərləri arasında itkilərdən daha məqbul olacaq.