ABŞ Rusiyanın nüvə müharibəsinin yolverilməzliyi ilə bağlı mövqeyi ilə razıdır.
Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
ABŞ rəsmisi qeyd edib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bu yaxınlarda nüvə müharibəsinin qəbuledilməz olduğunu və belə bir savaşda heç kimin qalib gələ bilməyəcəyini söyləyib.
“Düzünü desəm, biz onunla razıyıq”, - Kirbi bildirib.