ASAL sorğu şirkəti Türkiyə vətəndaşlarına “Bu bazar parlament seçkiləri olsa, hansı siyasi partiyaya səs verərdiniz” sualını ünvanlayıb.
Teleqraf.com xəbər verir ki, sorğuda hakim Ədalət və İnkişaf Partiyası (AKP) seçkidəki rəqiblərini üstələyib.
Sorğuda AKP 38.8, CHP 23.2, HDP 10.3, İYİ Partiya isə 8.9 faiz səs toplayıb.
Ümumi nəticə belədir:
AKP – 38.8 faiz
CHP – 23.2 faiz
HDP – 10.3 faiz
İYİ Partiya – 8.9 faiz
MHP – 7.4 faiz
Məmləkət Partiyası – 4.2 faiz
Digər partiyalar – 7.2 faiz