İran İsfahan əyalətində Müdafiə Nazirliyinin obyektinə hücum cəhdi barədə məlumat verib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Təsnim” agentliyi yazır.
İddiaya görə, hərbi obyekti vurmağa çalışan pilotsuz təyyarə (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Qeyd olunur ki, hücumda obyektə heç bir ziyan dəyməyib.
Hücumun kim tərəfindən təşkil olunduğu bildirilməyib.