“Vaşinqton Kiyevi silahla təmin etdiyi üçün Rusiya və ABŞ müharibənin qaynar mərhələsindədir”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-1” telekanalına şərhində deyib.
“Biz həqiqətən də müharibənin qaynar mərhələsindəyik, çünki ukraynalılar ilk növbədə Amerika silahları ilə vuruşurlar”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyası ilə ABŞ arasında münasibətlər qorunub saxlanılmalıdır. “Münasibətləri, məncə, saxlamaq lazımdır, heç olmasa ümidimizi itirmirik ki, amerikalılar ayılacaqlar və bununla belə, bir növ dialoq bərpa olunacaq”.