6 Aprel 2023 13:12
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məmləkət partiyasının sədri və prezidentliyə namizəd Məhərrəm İncə Türkiyədəki seçki prosesinin ən mübahisəli simalarından birinə çevrilib.

Teleqraf.com xəbər verir ki, İncə bütün təzyiqlərə rəğmən müxalifətin “Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu lehinə yarışdan çəkil” çağırışlarını qəbul etmir.

İncə ötən həftə bununla bağlı CHP-nin qərargahında Kılıçdaroğlu ilə görüşüb. Təmaslardan sonra sərt açıqlamalar verən İncə CHP-nin ən sonda onun yanına gəldiyini deyərək təpki göstərib. Partiya sədri görüşdə Kılıçdaroğlunun ona təklif vermədiyini deyib.

Nəhayət, Kamal Kılıçdaroğlu Məhərrəm İncənin açıqlamalarına cavab verib:

“İncə bəylə baş tutan görüşümüzdə yox, bundan əvvəl təklif olub. Təfərrüatlara varmaq istəmirəm. İşin xülasəsi budur: təklif verilib, amma razılıq olmayıb. Düşünürəm ki, üzərimizə düşəni etdik. Qarşı tərəfi günahlandırmaq istəmirəm”.

CHP sədri Türkiyənin seçkilərə 4 namizədlə gedəcəyini söyləyib.

Siyahıda Prezident Rəcəb Tayyib Ərdoğan, CHP sədri Kamal Kılıçdaroğlu, Məmləkət partiyasının sədri Məhərrəm İncə və ATA İttifaqının namizədi Sinan Oğan var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər