6 Aprel 2023 15:24
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Konstitusiya Məhkəməsi ölüm cəzasına moratoriumla bağlı mövqeyinə yenidən baxmalıdır, çünki artıq Avropa Şurasında deyilik”.

Teleqraf.com xəbər verir ki, Rusiya Dövlət Dumasının “Ədalətli Rusiya” fraksiyasının rəhbəri Sergey Mironov deyib.

“Valeri Zorkindən (Rusiya Ali Məhkəməsinin sədri) xahiş edirəm, Rusiya Konstitusiya Məhkəməsinin edam cəzasına moratoriumla bağlı mövqeyini nəzərdən keçirsin, bu da artıq Rusiyanın Avropa Şurasına üzv olmaması ilə bağlıdır. Ukraynanın hücumları və terror aktları fonunda ölüm hökmü terrorçulara və onların əlaltılarına qaytarılmalıdır”, - fraksiya rəhbəri bildirib.

Bir neçə gün əvvəl digər parlament partiyasının (LDPR) sədri Leonid Slutski də ölüm hökmünə qoyulan moratoriumun ləğvindən danışıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər