ASAL Araşdırmalar Mərkəzi qarşıdan gələn prezident seçkisi ilə bağlı Türkiyə vətəndaşları arasında sorğu keçirib.
Teleqraf.com xəbər verir ki, rəy araşdırması Türkiyənin 26 vilayətində aparılıb.
Sorğuda iştirakçılara “Bu bazar prezident seçkiləri olsaydı, hansı namizədə səs verərdiniz” sualı verilib.
Sorğuda namizədlərə verilən dəstək aşağıdakı kimidir:
Prezident Rəcəb Tayyib Ərdoğan – 46.8 faiz
CHP sədri Kamal Kılıçdaroğlu - 42.2 faiz
Məmləkət Partiyasının sədri Məhərrəm İncə - 8.4 faiz
ATA İttifaqının namizədi Sinan Oğan - 2.6 faiz
Seçki ikinci tura keçəcəyi təqdirdə namizədlərə veriləcək səs belədir:
Rəcəb Tayyib Ərdoğan - 51.4 faiz
Kamal Kılıçdaroğlu – 48.6 faiz.