“Donbasda Ukrayna qüvvələrini rus əsgərlərinə hücum edə bilməyəcəkləri bir nöqtəyə qədər geri çəkilməyə məcbur edəcəyik”.
Teleqraf.com xəbər verir ki, bunu Donetskdəki separatçı qurumun rəhbəri Denis Puşilinlə görüşən Rusiya Prezidenti Vladimir Putin deyib.
“Təəssüf ki, təkcə öz vətəndaşlarımıza deyil, öz insanlarına qarşı da çox qəddar olan bir rejimlə üzləşmişik. Bizim etməli olduğumuz şey onları bizim (Rusiya qüvvələri) üçün təhlükəsiz olan və bizə zərər verə bilməyəcəyi bir nöqtəyə qədər geri itələməkdir. Biz bunu edəcəyik”, - Rusiya lideri bildirib.
Putin həmçinin qeyd edib ki, Rusiya qüvvələri Ukrayna ordusunun hücumlarının Donetskə çatmasının qarşısını almalıdır.