6 Aprel 2023 17:23
1 258
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin lideri Si Cinpin nüvə təhdidlərinə görə ad çəkmədən Rusiya Prezidenti Vladimir Putinin nüvə təhdidlərini tənqid edib.

Teleqraf.com xəbər verir ki, Çin lideri Ukraynaya qarşı müharibə kontekstində bu növ silahların bölgədə yerləşdirilməsinə yol verilə bilməyəcəyini deyib.

Çin lideri sülh danışıqlarının mümkün qədər tez bərpasını istədiyini və beynəlxalq ictimaiyyəti eskalasiyanın qarşısını almağa çağırıb.

Si Cinpin Ukraynada mülki əhalinin bombalanmasını da pisləyib.

“Biz mülki əhalinin müdafiəsini təmin etməli və nüvə silahından istifadənin qarşısını almalıyıq”, - Çin lideri bildirib.

Çin dövlət başçısı bu gün Pekində Fransa Prezidenti Emmanuel Makronla görüşüb. Makronla Cinpin arasında danışıqlar bir saat yarım davam edib.


Müəllif: Mənsur Rəğbətoğlu