Gürcüstan hakimiyyəti mart ayında keçirilən mitinqlərdə iştirak edən amerikalı ekspert Ceymson Marşal Kominsin ölkəyə girişinə qadağa qoyub.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili məlumat verib.
“Onun fəaliyyəti martın 7-8-də keçirilən aksiyalarda dağıdıcı qruplara təlim keçmək, göstərişlər verməklə bağlı olub”, - deyə Liluaşvili bildirib.
O qeyd edib ki, ABŞ-ın Gürcüstandakı səfirliyi insidentdən sonra Təhlükəsizlik Xidməti ilə əlaqə saxlamayıb, bu o deməkdir ki, Amerika tərəfi ölkəyə giriş qadağasının səbəbini yaxşı bilir.