Fransa xüsusi xidmət orqanlarının əməkdaşları terror aktları hazırlamaqda şübhəli bilinən 14 yaşlı yeniyetməni saxlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, “Yuxarı Reyn departamentində 14 yaşlı yeniyetmə saxlanılıb”. Hüquq-mühafizə orqanlarının məlumatına görə, “yeniyetmə terror aktları törətməyə hazırlaşırmış”.
Saxlanılan şəxsin üzərində “partlayıcı qurğuların hazırlanması üçün elementlər, həmçinin İŞİD-i təbliğ edən çoxlu sayda videolar aşkar edilib