Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
Teleqraf.com xəbər verir ki, görüş iftar masası arxasında keçirilib.
Həmçinin, görüşdə Rusiyanın Ankaradakı səfiri Aleksey Yerhov və digər şəxslər də iştirak edib.
Qeyd edək ki, Çavuşoğlunun sabah Lavrovla birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.