7 Aprel 2023 05:27
382
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ordusu cümə günü gecə saatlarında Qəzza zolağı ərazisinə yeni zərbə endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən məlumat verilib.

"İsrail Müdafiə Ordusunun pilotsuz uçuş aparatı İsrail ordusunun qırıcıları və İsrail ərazisi istiqamətində atəş açmaq üçün istifadə edilən ağır pulemyotu vurub", - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, daha əvvəl İsrail Müdafiə ordusunun mətbuat xidməti Livan ərazisindən İsrailə doğru ən azı 34 raket atıldığını, onlardan 25-nin hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu, daha 5-nin isə dövlətin ərazisinə düşdüyünü bildirib. Daha dörd raketlə bağlı məlumat dəqiqləşdirilir. “Yedioth Ahronoth” qəzetinin məlumatına görə, raket hücumu nəticəsində 3 nəfər yüngül xəsarət alıb.

Daha sonra İsrail ordusu Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib.

Bundan sonra Qəzza zolağından İsrail ərazisinə bir neçə raket daha atılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər