Silahllı şəxs Moskvanın mərkəzində Rusiya Müdafiə Nazirliyinin əsas binasına daxil olmağa cəhd edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Şahidlərin sözlərinə görə, vəziyyəti qeyri-adekvat olan şəxs tapança ilə nazirliyin ərazisinə girməyə cəhd edib. Ucadan qışqıraraq, ətrafında hədələr yağdırıb.
Şübhəli dərhal tutulub, üzərindəki pnevmatik tapança götürülüb. Olayın motivi məlum deyil.
Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir. Saxlanılan şəxs barəsində xırda xuliqanlıq maddəsi ilə protokol tərtib edilib. O, müayinə üçün psixiatriya şöbəsinə göndərilib.