Türkiyədə 22 yaşlı polis əməkdaşı intihar etmək istəyib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kırıkkale Polis İdarəsinin Çevik Qüvvət Şöbəsində çalışan Berkay Ö. Hakkariyə təyinat aldığı üçün intihara əl atıb. O, özünü başından güllələyib.
Kırıkkaledə atası və anası ilə birlikdə yaşayan Berkay Ö. 3 ildir ki, Çevik Qüvvət Şöbəsində çalışır. O, yeni iş yerinə təyinat aldıqdan sonra məsələni araşdırmaq üçün Kırıkkale Polis İdarəsinə yollanmaq qərarına gəlib. Evdən çıxıb liftə minən Berkay elə oradaca belindəki tapança ilə özünü başından güllələyir. Səsə gələn qonşular dərhal onu Kürükkale Yüksək İxtisas Xəstəxanasına çatdırıblar. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən polisin vəziyyətinin ağır olduğu bildirilir.
Aparılmış araşdırmalar nəticəsində məlum olub ki, Berkay hələ bir müddət də Kırıkkaledə çalışmaq niyyətində imiş. Elə bu səbəbdən də o, Hakkariyə təyinat aldıqda şoka düşüb və vəziyyətdən çıxış yolunu intihar etməkdə görüb.
Faktla bağlı araşdırmalar davam edir.