7 Aprel 2023 17:45
1 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş prezidenti Donald Tramp həbsdə olsa belə, ölkənin yeni lideri ola biləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Politico” yazır.

Nəşr qeyd edir ki, Trampın ABŞ prezidenti postuna namizəd olmasına heç nə mane olmur.

“Trampın namizədliyini irəli sürməsinə heç nə mane olmur, hətta məhkumluq, ruhi xəstə sayılsa belə. Ali Məhkəmənin qərarına görə, federal vəzifəyə namizəd olmaq üçün yeganə tələb Konstitusiyanın tələbləri ilə bağlıdır”, - vəkili Yevgeni Mazzo nəşrə deyib.

Prezident seçkisində iştirak etmək üçün namizədin ən azı 35 yaşı, ABŞ-da doğulmuş və ən azı 14 il vətənində yaşamış vətəndaş olmalıdır.

Nyu-York Prokurorluğu Trampı 34 işdə ittiham edib, hər iş üzrə maksimum 4 il həbsi tələb olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər