8 Aprel 2023 01:46
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın hazırkı rəhbəri Co Bayden yayda prezident seçkilərində iştirakını elan etmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN kanalı məlumat yayıb.

Amerika liderinin öz namizədliyini irəli sürməkdə qərarlı olduğu, lakin seçki qərargahının tarixi və yeri ilə bağlı hələ qərar vermədiyi vurğulanır. Bundan əlavə, prezident həm də özünə kampaniya meneceri seçməli olacaq.

Kanal iddia edir ki, Bayden yazda deyil, yayda açıqlama verəcək.


Müəllif: Pərvin Cəfərova