Hindistanda hüquq-mühafizə orqanları 2019-cu ildə bir nəfəri qurban kimi kəsən beş kişini həbs edib.
Teleqraf.com xəbər verir ki, şübhəlilər qadının başını kəsməkdə ittiham olunurlar.
64 yaşlı Şanti Şo Assam ştatının Quvahati şəhərindəki Kamahya məbədi yaxınlığında başı kəsilərək öldürülüb. Bura dindarların əsas ziyarətgahlarından biri hesab olunur.
Dörd ilə yaxın idi ki, mərhumun cəsədinin tanınmaması səbəbindən işi həll edə bilmirdilər. Nəhayət, ekspertiza qadının kimliyini öyrənə bilib. İstintaq məlumatına görə, Şanti Şo 52 yaşlı Pradep Patxakın başçılıq etdiyi beş nəfərdən ibarət qrup tərəfindən öldürülüb.
Polisin məlumatına görə, Pradep mərhum qardaşının ruhuna hüzur vermək üçün Şodan qisas alıb. Şübhəlinin qardaşı 11 il əvvəl vəfat edib.