8 Aprel 2023 14:56
32 205
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 6-da Kahramanmaraş vilayətində baş verən zəlzələdən sonra Türkiyə-Yunanıstan münasibətlərində yaranan yaxınlaşma dəyərləndirilməlidir.

Teleqraf.com xəbər verir ki, bunu Yunanıstan müdafiə naziri Nikos Panayotopulos deyib.

Nazir aprelin 4-də baş tutan Türkiyəyə səfəri üçün “əla qonaqpərvərlik, ailə atmosferi, müsbət səmimiyyət” ifadələrini işlədib.

Panayotopulos ikitərəfli münasibətlərdə atmosferi yaxşılaşdırmaq üçün Türkiyədə müdafiə naziri Hulusi Akarla görüşdüyünü söyləyib.

Bunun bir Yunanıstan müdafiə nazirinin son 20 ildə Türkiyəyə ilk səfərinin olduğuna diqqət çəkən Panayotopulos gərginliyin danışıqlar masası arxasında azaldılmasının, Egey dənizinin beynəlxalq suları və hava məkanında təlimlərdən qaçınmağın lazım olduğunu bildirib.

Müdafiə naziri iki ölkə arasında iqlim dəyişikliyi, yanğınlar və zəlzələlər kimi problemlərlə mübarizədə əməkdaşlığın artırıla biləcəyinə diqqət çəkib.

Fevralın 6-da Türkiyədə baş verən zəlzələ fəlakətinin ikitərəfli əlaqələr baxımından fürsət pəncərəsi yaratdığını deyən Panayotopulos vurğulayıb: “Bu fürsətdən istifadə etməliyik”.

Nazir hər iki tərəfin dialoqa tərəfdar olduğunu da söyləyib.

Yunanıstan müdafiə naziri aprelin 4-də Hulusi Akarın dəvəti ilə zəlzələnin baş verdiyi Hatayda olub. Nazirlər zəlzələ bölgəsinə baxış keçirdikdən sonra təkbətək görüşüblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər