Nigeriyanın daxilində hərəkət edən qaçqınlar üçün salınan düşərgəyə silahlı hücum olub.
Teleqraf.com xəbər verir ki, bir qrup silahlı şəxsin düşərgəyə soxularaq atəş açması nəticəsində azı 36 nəfər öldürülüb.
Silahlı insident nəticəsində yaralananlar da olub, onların sayı barədə məlumat verilmir.
Hücum edən silahlıların Nigeriyada fəaliyyət göstərən terrorçu təşkilatın üzvləri olması istisna edilmir.