9 Aprel 2023 00:40
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin müdafiə naziri Yoav Qalant İordan çayının qərb sahilində Fələstin ərazilərinin blokadasını və Qəzza zolağı ilə sərhəddəki keçid məntəqəsinin bağlanmasını aprelin 13-dək uzadıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

İsrail hərbçiləri yəhudilərinin Pesah bayramının ilk günü aprelin 5-i saat 17:00-dan etibarən Fələstin ərazilərini blokadaya alıb. Keçid məntəqəsinin açılışı və blokadanın götürülməsi aprelin 9-da gecə yarısı baş verməli idi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər