10 Aprel 2023 14:58
9 552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Terrorçuların liderinin həbsindən sonra Pakistan Milli Təhlükəsizlik Komitəsi ölkədə terror təhlükəsini aradan qaldırmaq üçün hərtərəfli əməliyyata başlamaq planını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Pakistan baş nazirinin ofisindən verilən açıqlamada bildirilib.

Açıqlamada qeyd olunub ki, əməliyyat xalqın və hökumətin dəstəyi, terror təhlükəsindən xilas olmaq üçün yenilənmiş qətiyyətlə başlayacaq. Həmçinin bildirilib ki, əməliyyatla bağlı irəliləyişə tövsiyələr verəcək yüksək səviyyəli komissiya təsis edilib.

Plan Milli Təhlükəsizlik Komitəsinin aprelin 7-də Baş nazir Şehbaz Şərifin sədrliyi ilə keçirilən iclasında açıqlanıb.

İclasda Pakistanın ümumi təhlükəsizlik vəziyyəti ətraflı müzakirə olunub. İştirakçılar arasında xarici işlər, daxili işlər, maliyyə və informasiya nazirləri, regional baş nazirlər, baş qərargah rəisi, ordu, donanma, kəşfiyyat və hava qüvvələrinin rəisləri yer alıb.

Milli Təhlükəsizlik Komitəsinin iclası kəşfiyyatın Şambay ləqəbli terrorçu Gülzar İmamın həbs edildiyini elan etməsindən sonra keçirilib. İmam çoxsaylı terror aktlarına görə məsuliyyəti öz üzərinə götürən separatçı-terrrorçu “Bəluc Millətçi Ordusu”nun (BNA) qurucusu və komandiridir.

İmamın 2022-ci ilin sentyabrında həbs olunduğu güman edilir, amma bu, aprelin 7-dək təsdiqlənməmişdi.

“Müstəqil Bəlucistan” uğrunda mübarizə aparan Şambay Pakistanda hüquq-mühafizə obyektlərinə edilən hücumlar da daxil olmaqla, bir neçə terror aktına görə məsuliyyət daşıyır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər