Türkiyə Baş naziri Əhməd Davudoğlu nurçularla bağlı kəskin münasibət bildirib.
Axar.az xəbər verir ki, Davudoğlu Türkiyədə çevriliş hazırlayanlara yer olmadığını, onlara əngəllər törədiləcəyini deyib.
Yeni illə bağlı xalqa müraciət edən Davudoğlu 2013-cü ilin dekabrında müəyyən təhlükələrin yarandığını, ancaq bütün bunların öhdəsindən gəldiklərini vurğulayıb. Bu il ərzində Türkiyənin xaosa sürüklənəcəyi, demokratik yolla seçilmiş hökumətin sonunun çatdığını və bütün bunların nəticəsində iqtisadi böhranın yaranacağı ilə bağlı müəyyən fikirlərin irəli sürüldüyünü qeyd edən Davudoğlu 30 mart seçkilərində xalqın iradəsi nəticəsində ölkənin bu çətin durumdan artıq çıxdığını bildirib.