Dünyanın ilk pilotsuz uçan aparat (PUA) və Türkiyənin ən böyük hərbi gəmisi “TCG Anadolu” donanmanın xidmətinə verilib.
Teleqraf.com xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan gəminin təhvil verilmə mərasimində mühüm açıqlamalarla çıxış edib.
“Dünyanın ilk PUA gəmisi bizim üçün kifayət deyil, tam bir təyyarə gəmisi inşa etməyi planlaşdırırıq. PUA-lar, “Kızılelma” və “Hürjet” bu gəmidən enib qalxa biləcək. Milli aviadaşıyıcı üçün böyük bir addım atdıq. Bu texnologiya ilə oyunu dəyişən ölkə olacağıq. Türkiyə öz gəmisini hazırlayan 10 ölkədən biridir”, - Türkiyə prezidenti deyib.