Donetsk yaxınlığındakı Peski kəndində döyüş başlayıb: separatçılar hücuma keçib.
Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, bu barədə kənddə yerləşən Ukrayna hərbi hissəsinin zabiti Boris Qumenyuk özünün Facebook səhifəsində bildirib.
"Separatçılar üç istiqamətdən bizim mövqelərimizə hücum edir. Onlar avtomat, minamyot və artilleriyadan atəş açırlar. Bizim taborun döyüşçülərindən biri yaralandı. Ona tibbi yardım göstərilir", - Qumenyuk yazıb.
Nihad