ABŞ-ın Kentukki ştatının Luisvil şəhərinin mərkəzində baş vermiş atışma nəticəsində 5 nəfər ölüb, 6 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, yerli polis hücumla bağlı məlumatı təsdiqləyib.
Hadisə yerinə Federal Təhqiqatlar Bürosunun əməkdaşları gəlib.
CNN telekanalının məlumatına görə, yaralanan 6 nəfərdən biri polis əməkdaşıdır.
Atəş açan şəxs zərərsizləşdirilib, yaralıların hamısı xəstəxanaya çatdırılıb.